Moskvada son sutka ərzində koronavirusdan 72 nəfər dünyasını dəyişib.
“QİA.AZ” “TASS”a istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.
Bildirilir ki, yeni növ virusdan ölənlərin sayı 7 859 nəfərə çatıb.
Qeyd edək ki, Moskvada indiyədək ümumilikdə 510 214 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 367 613 nəfər müalicə olunaraq sağalıb.