Moskvada bir gündə virusdan ölənlərin sayı yenidən 70 nəfəri ötdü

Noy16,2020
Moskvada bir gündə virusdan ölənlərin sayı yenidən 70 nəfəri ötdü

Moskvada son sutka ərzində koronavirusdan 72 nəfər dünyasını dəyişib.

“QİA.AZ” “TASS”a istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, yeni növ virusdan ölənlərin sayı 7 859 nəfərə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək ümumilikdə 510 214 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 367 613 nəfər müalicə olunaraq sağalıb.

Oxşar Xəbərlər