Rusiyanın paytaxtı Moskva şəhərində yeni növ koronavirus infeksiyasının yaratdığı xəstəlikdən ölənlərin sayı yenidən artıb.
“QİA.AZ” xəbər verir ki, bu barədə paytaxtın COVID-19-la bağlı vəziyyətə Nəzarət və Monitorinq Mərkəzi bildirib.
Qeyd olunub ki, paytaxt şəhərdə son sutka ərzində koronavirusdan 76 nəfər dünyasını dəyişib.
Bildirilir ki, yeni növ virusdan ölənlərin sayı 8 455 nəfərə çatıb.
Ümumilikdə Moskvada təxminən 561 min nəfəri yeni virusa yoluxması təsdiq edilib. Müalicə alan 410,6 min pasiyent sağalıb.