Moskvada daha 76 nəfər koronavirusdan öldü

Noy24,2020
Moskvada daha 76 nəfər koronavirusdan öldü

Rusiyanın paytaxtı Moskva şəhərində yeni növ koronavirus infeksiyasının yaratdığı xəstəlikdən ölənlərin sayı yenidən artıb.

“QİA.AZ” xəbər verir ki, bu barədə paytaxtın COVID-19-la bağlı vəziyyətə Nəzarət və Monitorinq Mərkəzi bildirib.

Qeyd olunub ki, paytaxt şəhərdə son sutka ərzində koronavirusdan 76 nəfər dünyasını dəyişib.

Bildirilir ki, yeni növ virusdan ölənlərin sayı 8 455 nəfərə çatıb.

Ümumilikdə Moskvada təxminən 561 min nəfəri yeni virusa yoluxması təsdiq edilib. Müalicə alan 410,6 min pasiyent sağalıb.

Oxşar Xəbərlər