Moskvada koronavirusdan ölənlərin sayı 7 500-ü ötdü

Moskvada koronavirusdan ölənlərin sayı 7 500-ü ötdü

Moskvada son sutka ərzində koronavirusdan 73 nəfər dünyasını dəyişib.

“QİA.AZ” “TASS”a istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, yeni növ virusdan ölənlərin sayı 7 502 nəfərə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək ümumilikdə 481 068 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 346 889 nəfər müalicə olunaraq sağalıb.

Oxşar Xəbərlər