Kremldə Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel arasında danışıqlar keçirilir.
Bu barədə “QİA.AZ” TASS agentliyinə istinadən xəbər verir.
Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiya və Almaniya liderləri müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini müzakirə etmək, həmçinin bir sıra beynəlxalq və regional məsələləri, o cümlədən koronavirus pandemiyası ilə mübarizə, Ukraynanın şərqindəki münaqişə, Belarus ətrafında cərəyan edən hadisələr və Əfqanıstandakı vəziyyəti nəzərdən keçirmək niyyətindədirlər