Mourinyonun keçmiş köməkçisi Premyer Liqa klubunun baş məşqçisi oldu

Dek29,2020
Mourinyonun keçmiş köməkçisi Premyer Liqa klubunun baş məşqçisi oldu

Futbol üzrə İngiltərə Premyer Liqasında çıxış edən “Şeffild Yunayted”in yeni baş məşqçisi bəlli olub.

“QİA.AZ” “Talksport”a istinadən xəbər verir ki, komandaya Joze Moraiş rəhbərlik edəcək. 55 yaşlı mütəxəssislə imzalanacaq müqavilənin detalları açıqlanmayıb.

O, bu postda istefaya göndərilən Toni Pulisi əvəzləyəcək.

Qeyd edək ki, “Şeffild Yunayted” bu mövsüm 19 xal toplaya bilib və turnir cədvəlində sonuncu – 20-ci yerdə qərarlaşıb. Joze Moraiş son olaraq Cənubi Koreyada “Çonbuk”un baş məşqçisi olub.

O, 2009/2010 mövsümündə İtaliyanın “İnter” klubunda baş məşqçi Joze Mourinyonun köməkçisi vəzifəsini yerinə yetirib. Mourinyo hazırda “Tottenhem”in sükanı arxasındadır.

Oxşar Xəbərlər