Mövlud Çavuşoğlu rusiyalı həmkarı ilə Dohada görüş keçiriblər

Mar10,2021

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərin paytaxtı Dohada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

QİA.AZ xəbər verir ki, bu barədə Türkiyənin Xarici işlər naziri özünün “Twitter” səhifəsində yazıb.

Mövlud Çavuşoğlu qeyd edib ki, görüşdə Dağlıq Qarabağda, Liviyada və Suriyada yaranmış vəziyyəti və bir sıra digər məsələləri müzakirə edilib.

Türkiyə xarici siyasət idarəsinin başçısı bildirib ki, rəsmi Ankara turizm sahəsində pandemiyadan əvvəlki göstəricilərə nail olmağa istiqamətlənib.

Çavuşoğlu həmçinin xatırladıb ki, çərşənbə günü Türkiyənin Mersin əyalətində “Akkuyu” atom elektrostansiyasının enerji blokunun təməlqoyma mərasimi olub. “Qoy o, ləyaqətlə xalqımıza xidmət etsin”, – nazir əlavə edib.

Oxşar Xəbərlər