Müəllimlərin işə qəbul müsabiqəsi il ərzində bir neçə dəfə keçiriləcək

Sen16,2021

Gələcəkdə müəllimlərin işə qəbul müsabiqəsinin il ərzində bir yox, bir neçə dəfə keçirilməsi nəzərdə tutulur.

Bunu “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə çıxışı zamanı Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktor əvəzi Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, bu istiqamətdə yeniliklər olacaq: “O formata keçsək, vakant yerlərlə bağlı da yeniliklər olacaq. Düşünürük ki, bu, daha faydalı olacaq”.

Oxşar Xəbərlər