Müəllimlərin işə qəbulu üzrə onlayn müsahibələr başa çatıb

Fev22,2021
imtahan

Fevralın 5-dən etibarən başlayan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti onlayn müsahibələr başa çatıb.

Təhsil Nazirliyindən “QİA.AZ”a verilən məlumta görə, onlayn müsahibələrə müxtəlif fənlər üzrə ümumilikdə 2 948 namizəd dəvət olunub. “Microsoft Teams” proqramı üzərindən keçirilən müsahibələrdə 2 912 nəfər iştirak edib. Müsahibə nəticələri ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, onlayn müsahibələrdə uğur qazanmayan namizədlər üçün apelyasiya prosesinin təşkili nəzərdə tutulub

Oxşar Xəbərlər