Müasir Təhsil Kompleksində coğrafiyaçıların görüşü təşkil edilib

May2,2024

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları ilə görüş keçirilib.

Bu barədə QİA.az-a Coğrafiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, institutun icraçı direktoru dosent Zaur İmrani, Geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi Samirə Abuşova və Turizm və rekreasiya coğrafiyası şöbəsinin laborantı Şəms İmraninin iştirak etdiyi tədbir Qarabağ Ekoloji Tədqiqat Komitəsi (Karabakh Eco Research Committee) komandasının fəaliyyət istiqamətlərindən biri kimi öndə duran məsələlərin həllində mənbə əldə etmək məqsədilə təşkil olunub.

Görüşdə, həmçinin Müasir Təhsil Kompleksinin koordinatorları, müəllim və şagirdləri iştirak ediblər. Müzakirə edilən layihə işğal altında olmuş torpaqlarda törədilmiş ekoloji terror və onun qarşısının alınması istiqamətində görülə bilən işlərlə bağlı olub.

Tədbirdə torpaq və su nümunələrinin götürülməsi və onların analizinin aparılması, atmosfer havasını çirkləndirən maddələr, torpaqların rekultivasiyası və digər istiqamətlərdə müəllim-şagird kollektivinə məlumatlar verilib, onların layihə ilə bağlı sualları cavablandırılıb.

Oxşar Xəbərlər