Müdafiə Nazirliyi Kəlbəcərdə atəşkəsin pozulması xəbərini təkzib edib

Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonu istiqamətindəki sərhəddə baş verən atışma barədə Ermənistan mətbuatının yaydığı xəbəri təkzib edib.

“QİA.az” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

“Sərhəddə vəziyyət sakitdir. Atəşkəsin pozulması halı qeydə alınmayıb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbər bir daha bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş bir təxribatdır”, – deyə Vaqif Dərgahlı qeyd edib.

Oxşar Xəbərlər