Mühəndis Qoşunları indiyədək 6 200 hektardan artıq ərazini minalardan təmizləyib

May 25, 2021 #Mühəndis Qoşunları

“Mühəndis Qoşunları hazırda bütün güc vasitələri ilə aktiv şəkildə minatəmizləmə və partlamamış döyüş sursatlarının təmizləməsi işlərinə cəlb edilib”.

“QİA.az”ın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi, general-mayor Anar Kərimov deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları davam edir. A.Kərimov qeyd edib ki, Müdafiə Nazirliyinin Mühəndis Qoşunları indiyədək 6 min 200 hektardan artıq ərazi minalardan təmizlənərək aidiyyəti üzrə dövlət qurumlarına təhvil verib: “Proses mütamadi olaraq davam etdirilir. Burada tək şəxsi heyət deyil, xidməti itlər və mexaniki minatəmizləmə vasitələrindən də geniş şəkildə istifadə olunur. Eyni zamanda digər minatəmizləmə işlərinə cəlb edilən qurumlarla da sıx əlaqələr təşkil edilir”.

Oxşar Xəbərlər