Mülki şəhidlərin ailələrinə sosial ödənişlərin təyinatı yekunlaşdırılıb – Nazir müavini

Apr3,2021

Postmüharibə dövrü üzrə sosial dəstək tədbirləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2859 şəhidin 7303 ailə üzvünə 13225 istiqamət üzrə sosial ödənişlər təyin edilib.

QİA.AZ-ın məlumatına görə, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, müharibə veteranları və iştirakçılarının sosial müdafiəsi üzrə” İşçi Qrupun iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

A.Kərimov qeyd edib ki, 228 nəfər Vətən müharibəsi müharibə əlilinə də sosial ödənişlər təyin edilib, mülki şəhidlərimizin ailələrinə sosial ödənişlərin təyinatı artıq yekunlaşdırılıb.

Oxşar Xəbərlər