Mustafa Rifat: “Bu savaşdan Azərbaycanın dastan yazmaqla çıxacağına əminik”

Noy2,2020
Mustafa Rifat: "Bu savaşdan Azərbaycanın dastan yazmaqla çıxacağına əminik"

“Cənab Məmməd Musayevin dəvəti ilə Azərbaycanın bü günkü durumunda ona dəstək vermək üçün Bakıya gəldik”.

“QİA.AZ” xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifat deyib.

Onun sözlərinə görə, Azərbaycan ordusunun 2-ci Qarabağ müharibəsində qələbə qazanacağına inanır: “Ermənistanın saldırılarını şiddətlə qınayırıq. Şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirik. Azərbaycan ordusunun irəliləməsinə sevinir və dəstəkləyirik. Bu savaşdan Azərbaycanın dastan yazmaqla çıxacağına əminik”.

Oxşar Xəbərlər