Mustafa Şentop: “Azərbaycan və Türkiyə arasındakı əlaqənin dünyada bənzəri yoxdur”

“Türkiyə Orta Asiyadakı bütün türk dövlətlərinin müstəqilliyini ilk tanıyan ölkələrdəndir. Eyni zamanda, həmin ölkələrlə ilk diplomatik əlaqələr quran, səfirliklər açan da biz olmuşuq. Hər zaman dostluq və qardaşlıq əlaqələrinin qurulması və gücləndirilməsi üçün bütün addımları atırıq”.

“QİA.AZ”ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Şuşada jurnalistlərə açıqlamasında deyib.

TBMM sədri bildirib ki, Azərbaycan və Türkiyə arasındakı əlaqənin dünyada heç bir bənzəri yoxdur: “Bunu mərhum ulu öndər Heydər Əliyev “bir millət, iki dövlət” kəlamı ilə çox gözəl ifadə edib. Təbii ki, bu fikrin təkcə şüardan ibarət olmadığını hamı gördü. Ən son 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi maddi və mənəvi dəstək həmin sözün gerçəkliyini bir daha sübut etmiş oldu. Təxminən bir ay əvvəl Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsi dövlətlərarası əlaqəli çox yüksək nöqtəyə daşıdı”.

Oxşar Xəbərlər