Mustafa Şentop: “Şuşaya aparan Zəfər yolu adı qədər möhtəşəm olacaq”

“Bakıdan Şuşaya Zəfər yolu ilə gəldik. Bu, Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etmək üçün istifadə etdiyi yoldur”.

QİA.AZın xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop tvitter səhifəsində yazıb.

“Yol hələ tikilməkdədir. Müharibənin izləri hələ də canlıdır. Altı saata Şuşaya çatdıq. Bu yol bir neçə aya tamamlanacaq və adı qədər möhtəşəm olacaq”, – o vurğulayıb.

Oxşar Xəbərlər