Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Antobella Bassani ilə görüşüb.
QİA.az xəbər verir ki, tərəflər qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Qeyd olunub ki, tərəflər Azərbaycanda, regionda və dünyada yaşıl keçidi dəstəkləmək üçün birlikdə işləməyə davam etməyi səbirsizliklə gözləyirlər.