Nərimanov rayonu

Nərimanov rayonu — Bakı şəhərinin rayonu.

Tarixi

Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Nərimanov rayonunun inzibati ərazisi 24,5 kv.km., əhalisi isə 01.01.2007-ci il tarixə rəsmi qeydiyyatda 154 700 nəfərdir.

Nərimanov rayonunun yaradılmasının əsası 1941-ci ildə qoyulmuşdur. 1941-ci ilin yanvar ayında Keşlə rayonu Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi yaradılmış, 1957-ci ilin avqust ayında isə Keşlə rayonunun adı dəyişdirilərək Nərimanov rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi adlandırılmışdır.

1959-cu ilin dekabr ayında Dzerjinski rayonu ləğv edilmiş və onun ərazisi 1960-cı ilin yanvar ayından Nərimanov rayonuna daxil edilmişdir. 27 avqust 1957-ci ildən 6 oktyabr 1977-ci ilədək Nərimanov rayonu Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi, 7 oktyabr 1977-ci ildən 17 oktyabr 1991-ci ilədək Nərimanov rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli Fərmanına əsasən Nərimanov rayon Xalq Deputatları Soveti ləğv edilmiş, onun əvəzində Nərimanov Rayon İcra Hakimiyyəti yaradılmış və bu adla 20 noyabr 1991-ci ildən fəaliyyət göstərir.Perzident evinin yeni binası

Nərimanov rayonu ərazisində qəsəbə, kənd və digər inzibati ərazi dairələri mövcud deyildir.

Nərimanov Rayon İcra Hakimiyyəti öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”yə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərman və Sərəncamlarına müvafiq olaraq həyata keçirir.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 06.09.1993-cü il tarixli, 1751 saylı Sərəncamı ilə Rayon İcra Hakimiyyəti başçısının Kabineti fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 9-cu maddəsinə uyğun olaraq Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 03.08.1999-cu il tarixli, 594 saylı Sərəncamı ilə İcra Hakimiyyəti başçısı yanında Şura yaradılmış və Əsasnaməsi təsdiq edilmişdir. İcra Hakimiyyətinin Başçısı yanında Şuranın iclasları “Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”yə uyğun olaraq ayda bir dəfədən az olmayaraq keçirilir. İcra Hakimiyyəti başçısının yanında daimi məşvərətçi orqan olan Şuranın yaradılması rayonun iqtisadi, sosial, mədəni və digər yerli məsələlərinə baxılıb müzakirə edilməsi və onların həllinə dair konkret təkliflərin hazırlanması məqsədi daşıyır. Müzakirə olunmuş məsələlər üzrə irəli sürülmüş təklif və tövsiyələr əsasında Şuranın qərarları, zəruri hallarda isə Rayon İcra Hakimiyyəti başçısının Sərəncamları verilir. Hazırda Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın tərkibi 10 nəfərdən ibarətdir. Rayon İcra Hakimiyyətinin başçısı, birinci müavini və 2 müavini, Rayon Maliyyə İdarəsinin rəisi, 3 nəfər rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, habelə 2 nəfər iri, qabacıl sənaye müəssisələrinin rəhbərləri Şuranın heyətindədirlər. Şura işini təsdiq olunmuş iş planına əsasən qurur.

Humanitar sahə

Nərimanov rayonu ərazisində 8 ali məktəb, 22 orta məktəb, 3 lisey, 34 uşaq bağçası, 27 səhiyyə müəssisəsi, 9 xəstəxana, 4 tarixi abidə yerləşir. Əhalinin istirahəti və asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə rayonda 4 istirahət parkı, 1 mədəniyyət sarayı, 1 kinoteatr, 5 kitabxana(kitab fondu — 348183) fəaliyyət göstərir. Bütün bunlardan əlavə Bakı Heyvanat Parkı, Milli Olimpiya Komitəsi, T.Bəhramov adına Respublika Stadionu da Nərimanov rayonunun ərazisində fəaliyyət göstərir.

Habelə rayonda 15 siyasi partiyanın mərkəzi qərargahı, 32 ictimai təşkilat və birlik, 7 dini icma fəaliyyət göstərir. Rayonda həmçinin 86 nəfər Qarabağ Müharibəsi Veteranı, 305 nəfər Böyük Vətən Müharibəsi Veteranı, 12000 nəfər Əmək Veteranı, 2 nəfər Sosialist Əməyi Qəhrəmanı, 29 nəfər qocaman və əməkdar müəllim, 5 nəfər Prezident təqaüdçüsü yaşayır.

Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən 3606 ailə ( 14645 nəfər) müvəqqəti məskunlaşmışdır.

Əhalisi

156.700 nəfər.

40°25′ şm. e. 49°53′ ş. u.
Ölkə Azərbaycan
İcra başçısıAbdin Fərzəliyev
Tarixi və coğrafiyası
Sahəsi24,5 kv.km.km²
Saat qurşağıUTC+04:00
Əhalisi
Əhalisi178 300 (2019) nəfər
Rəqəmsal identifikatorlar
Telefon kodu+994 12

Oxşar Xəbərlər