44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri, şəhid polkovnik-leytenant Baxşəliyev Qərib İnqilab oğlunun mayın 24-də doğum günüdür.
“QİA.az” xəbər verir ki, şəhidin doğum günündə onun əziz xatirəsini yad etmək məqsədilə bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, rayon İcra Hakimiyyətinin əməkdaşları və YAP Nərimanov rayon təşkilatının fəalları şəhidin məzarını ziyarət edib və igid Vətən oğlunun unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.
Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edərkən şəhidlik zirvəsinə ucalan polkovnik leytenant Baxşəliyev Qərib İnqilab oğlunun bir neçə gün əvvəl isə qız övladı dünyaya gəlib.
Şəhidin yeni dünyaya göz açan körpəsinə Cənnət adı verilib. Bu, şəhidin dördüncü övladıdır.
Qərib Baxşəliyevin yeni doğulan övladı evə ailə üzvlərinin, Nərimanov Rayon İcra Hakmiyyəti başçısının müavini İradə Mahmudovanın, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzovun, İcra Hakimiyyətinin əməkdaşlarının, könüllülərinin, şəhidin hərbçi yoldaşlarının iştirakı ilə yola salınıb.
Qeyd edək ki, şəhid Qərib Baxşəliyev Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Şəhidimizin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.