Nəsimi rayonunda yol qəzası olub, xəsarət alan var

İyn7,2021

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“QİA.az”ın məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. A.Bakıxanov və M.Qaşqay küçələrinin kəsişməsində iki avtomobilin toqquşması zamanı 1993-cü il təvəllüdlü Osmanov Rüsif Zaqan öğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Oxşar Xəbərlər