Nabranda biçilməmiş taxıl sahəsi yanıb

İyn17,2021

Xaçmaz rayonunda yanğın hadisəsi baş verib.

QİA.AZ“ın verdiyi məlumata görə, hadisə rayonun Nabran kəndindəki biçilməmiş əkin və meşə sahələrində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz rayon hissəsinin 5 texnikası və canlı qüvvəsi cəlb olunub. Daha sonra 30 hektar əkin sahəsindəki yanğın söndürülüb.

Meşəlik ərazidə yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər