“Napoli”nin futbolçusu oyun vaxtı huşunu itirdi

Fev22,2021

“Napoli” klubunun futbolçusu Viktor Osimhen İtaliya A Seriyasında XXIII turun “Atalanta” ilə səfər matçında ciddi xəsarət alıb.

“QİA.AZ”ın məlumatına görə, 23 yaşlı hücumçu qarşılaşmanın sonuncu dəqiqəsində arxası üstə yerə yıxılıb.

Nigeriyalı forvardın başı yerə dəyib və o, huşunu itirib. Meydanı xərəkdə tərk edən futbolçu dərhal xəstəxanaya yerləşdirilib.

“Napoli” klubu Osimhenin ağır zədədən qurtulduğunu və hazırda xəstəxanada həkimlərin nəzarəti altında olduğunu bildirib.

Qeyd edək ki, qarşılaşma “Atalanta”nın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar Xəbərlər