ABŞ-ın Milli Kosmik və Aviasiya İdarəsi (NASA) “Apofis” asteroidinin hansısa bir anda Yer planetinə zərbə endirəcəyi barədə məlumatlara aydınlıq gətirib.
Bu barədə QİA.AZ xarici mətbuata istinadən xəbər verir.
NASA-dan bildirilib ki, bununla bağlı hər hansı təhlükə mövcud deyil.
Qeyd edək ki, “Apofis”in Yer planeti üçün potensial təhlükəli asteroid olduğu bildirilib. Lakin NASA-da qeyd ediblər ki, asteroid 2029 və ya 2036 ildə Yer kürəsi ilə toqquşmayacaq.
Mütəxəssislər daha sonra əlavə ediblər ki, toqquşmalar 2068-ci ildə də olmayacaq.
Son günlər Yer kürəsi yaxınlığından müxtəlif ölçülü asteroidlər uçub. Sonuncu dəfə martın 23-də Yer kürəsinin yaxınlığından nəhəng asteroid keçib. “2001 FO32” adı verilən asteroid bu il üçün gözlənilən ən nəhəng meteorit kimi qiymətləndirilib.