NATO gəmiləri Gürcüstanın ərazi sularına daxil olub

Sen28,2021

NATO-nun beş gəmisi Gürcüstanın ərazi sularına daxil olub.

“QİA.AZ” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Sərhəd Polisindən bildirilib.

Bölmənin tərkibinə İspaniya (flaqman), İtaliya, Bolqarıstan, Rumıniya və Türkiyənin hərbi gəmiləri daxildir.

Batumi limanında yerləşən gəmilərin iştirakı ilə Qara dənizdə Gürcüstanın Sərhəd Mühafizəsi Xidməti ilə birgə təlimlər keçiriləcək. Məqsəd Gürcüstanın dəniz qüvvələri və NATO arasında qarşılıqlı əlaqələrin və uyğunluq səviyyəsinin artırılması, Gürcüstanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsidir.

Oxşar Xəbərlər