NATO baş katibinin siyasi məsələlər üzrə müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfər edəcək.
QİA.AZ-ın məlumatına görə, bu barədə X.Kolomnia öz “Twitter” səhifəsində yazıb.
X.Kolomina qeyd edib ki, səfər gələn həftə baş tutacaq.
“Gələn həftə Qafqaza ilk səfərimi səbirsizliklə gözləyirəm. NATO-nun Qafqazdakı fəaliyyətini daha da genişləndirməyin yollarını müəyyən etmək üçün qurumun Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsi olaraq Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcəm”.