NATO-nun xarici işlər nazirləri apreldə Brüsseldə görüşəcək

NATO ölkələrinin xarici işlər nazirlərinin görüşü aprelin 4-5-də alyansın Brüsseldəki mənzil-qərargahında keçiriləcək.

QİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NATO-nun Mətbuat Xidməti məlumat yayıb.

“Aprelin 4-5-də NATO-nun Brüsseldə yerləşən mənzil-qərargahında Şimali Atlantika Şurasının xarici işlər nazirləri səviyyəsində iclası keçiriləcək. İclasa baş katib Yens Stoltenberq sədrlik edəcək”, – məlumatda deyilir.

Oxşar Xəbərlər