NATO Rusiyanı beynəlxalq öhdəliklərə əməl etməyə və Alyansın müttəfiqlərinə qarşı fəaliyyət göstərməkdən çəkinməyə çağırıb.
QİA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq məlumat verib.
Onun sözlərinə görə, Rusiya ilə NATO arasında Ukrayna və Avropada təhlükəsizlik məsələsi üzrə fikir ayrılığı öz həllini tapmayıb: “NATO və Rusiya təlimlərin şəffaflığını, kibertəhlükəsizliyin səviyyəsini, silahlar üzərində nəzarəti artırmaq məqsədilə yeni görüşlər keçirmək niyyətindədir”.
Qeyd edək ki, yanvarın 12-də NATO-Rusiya Şurasının toplantısı keçirilib.