Navalnı xəstəxanaya köçürülüb

Rusiya müxalifətinin lideri Aleksey Navalnı Vladimir vilayətində saxlanıldığı 2 nömrəli islah əmək müəssisəsindən məhbuslar üçün nəzərdə tutulan xəstəxanaya köçürülüb.

“QİA.az” RBK-ya istinadən xəbər verir ki, məlumatı Rusiya Cəzaların İcrası Federal Xidməti yayıb.

Bildirilib ki, həkimlər ona “vitamin terapiyası” müalicəsi təyin ediblər: “Hazırda Navalnının səhhəti normal dəyərləndirilir. Hər gün onu həkim-terapevt müayinə edir. Pasiyentin razılığı ilə ona vitamin terepiyası təyin olunub”.

Oxşar Xəbərlər