Naxçıvan Azərbaycan Basketbol Liqasında təmsil olunacaq – EKSKLÜZİV

Azərbaycan Basketbol Liqasının 2024-2025-ci illər mövsümünün gümüş mükafatçısı olmuş “Xəzri” komandasının adı dəyişdirilib.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, ötən mövsüm Bakını təmsil edən kollektiv 12 klubun çıxış edəcəyi növbəti çempionatda “Naxçıvan” adı ilə mübarizə aparacaq.

Muxtar respublikanı təmsil edəcək komandanın baş məşqçisi ötən mövsüm “Xəzri”yə rəhbərlik etmiş türkiyəli mütəxəssis Murat Dikmən olacaq.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının yeni mövsümündə “Lənkəran” və MOİK kollektivləri də debüt edəcək.

Oxşar Xəbərlər