Naxçıvan-Bakı reysini yerinə yetirən təyyarə texniki səbəbdən geri qayıdıb

“Azərbaycan Hava Yolları”nın J2-256 nömrəli Naxçıvan-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə QİA.az “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinə istinadla xəbər verir.

Qeyd olunub ki, təyyarə saat 20:20-də Naxçıvan Beynəlxalq Hava Limanında eniş edib.

“Gecikmə zamanı sərnişinlər aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər”, – deyə məlumatda qeyd olunub.

Oxşar Xəbərlər