GündəmManşet

Naxçıvan bu gün- FOTOLAR

Vətən müharibəsində böyük qələbənin ildönümü Naxçıvan Muxtar Respublikasında böyük coşğu və əsl qələbə ruhu ilə qeyd edilib.

Sosial durumundan, yaşından asılı olmayaraq hər kəs küçələrə axışıb, eynilə ötən ilin bu günü olduğu kimi. Bir il bundan əvvəl insanlarımız xalqımızın tarixi qələbəsini qeyd edirdi, bu gün isə həmin şanlı zəfərin bir ili tamam olur.

QİA.AZ xəbər verir ki, Muxtar respubilkada xalq gəzintisi və şəhidlərin məzarlarını ziyarət təşkil olunub, küçə və prospektlərdə, yollarda qələbə yürüşünə çıxan sakinlər əllərində üçrəngli bayraq, dillərində “Qarabağ Azərbaycandır!” şüarı ilə Böyük Zəfərin ildönümü qeyd ediblər.

Naxçıvan şəhərin üçrəngli bayraqlarımıza bürünüb, küçə və prospektlər Zəfər Gününü əks etdirən görüntülərlə işıqlandırılıb.

Naxçıvan Muxtar Respublikasında böyük bayram ab-havası ilə qeyd olunub.

Zəfər yürüyüşü  Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında Naxçıvan Qarnizonu Hərbi Orkestri tərəfindən təşkil olunmuş musiqili mərasimlə davam edib.

Eyni zamanda Zəfər Günündə Kəngərli rayon Bayraq Meydanı istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Qeyd edilib ki, 2,5 hektar ərazini əhatə edən Bayraq Meydanının tikintisinə bu ilin iyul ayında başlanılıb. Bayraq dirəyinin hündürlüyü postamentlə birlikdə 40, meydanda dalğalanan bayrağın uzunluğu 16, eni isə 8 metrdir. Milli ornamentlərin – buta, xarıbülbülün əks olunduğu memarlıq elementləri ilə dizayn edilən Bayraq Meydanında müasir işıqlandırma sistemləri quraşdırılıb, gülkarlıqlar salınıb. Həmçinin meydanın ətrafında da geniş abadlıq işləri görülüb, suvarma sistemi qurulub, avtomobil dayanacağı yaradılıb.

Əlaqəli xəbər

Back to top button