Naxçıvan daimi nümayəndəliyinin rəhbəri Musiqi Festivalının açılışında iştirak edib- FOTO

Dek4,2021

Nümayəndəliyin mətbuat xidmətindən QİA.AZ-a verilən məlumata görə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə hazırlanmış, Azərbaycan Respublikasının xalq artisti, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, professor Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr olunmuş Musiqi Festivalının açılışında iştirak edib.

Tədbirdə bəstəkarın “Xəzər balladası və “Xeyir və Şər” baletləri nümayiş etdirilib.

Oxşar Xəbərlər