Naxçıvan nümayəndəliyində Belarus səfiri ilə görüş baş tutub – FOTO

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Belarus Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri cənab Andrey Ravkovla görüşüb.

Nümayəndəlikdən “QİA.az” a verilən məlumata görə, görüşdə iki ölkə arasındakı yaxın münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə uğurlu əlaqələr, turizm, müdafiə, kənd təsərrüfatı, maşınqayırma sənayesi və bir sıra digər sahələrdə səmərəli əməkdaşlıq imkanları, regional vəziyyət, rəsmi səfərlər və müxtəlif maraqlı mövzularda səmimi müzakirələr aparılıb.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər