Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov İsrail dövlətinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Corc Diklə görüşüb.
Daimi nümayəndəlikdən QİA.AZ -a bildiriblər ki, görüşdə iki ölkə arasındakı siyasi-iqtisadi əməkdaşlıq, strateji tərəfdaşlıq münasibətləri, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafı, Vətən müharibəsindən sonra regionda yaranmış yeni vəziyyət, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər maraqlı mövzular ətrafında səmimi müzakirələr aparılıb.