Naxçıvan Nümayəndəliyinin rəhbəri Türkiyə səfiri ilə görüş keçirib – FOTO

Apr14,2021

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov 13 aprel 2021-ci il tarixdə Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Erkan Özoralla onun diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.

“QİA.az” xəbər verir ki, Bəxtiyar Əsgərov ölkəmizdəki fəaliyyəti dövründə iki qardaş ölkə arasında dostluq münasibətlərinin, hərtərəfli strateji əlaqələrin, eyni zamanda, Muxtar respublika ilə qurulmuş yüksək səviyyəli əlaqələrin daha da möhkəmlənməsində, genişləndirilməsində və hərtərəfli sıx əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Səfir Erkan Özorala Naxçıvan Muxtar Respublikası adından təşəkkür edib. Cənab Erkan Özoral fəaliyyəti dövründə onunla əsl dostluğa,qardaşlığa, səmimi əməkdaşlığa və göstərilən yüksək diqqətə görə şəxsən dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova və Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliynə dərin minnətdarlığını ifadə edib.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər