Naxçıvanda əsgər qeyri-döyüş şəraitində həlak olub – MN

Müdafiə Nazirliyi hərbi qulluqçunun qeyri-döyüş şəraitində həlak olması ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumatda qeyd edilir:

“Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçumuz əsgər Həsənov Nurlan Eldar oğlunun dekabrın 10-u axşam saatlarında qeyri-döyüş şəraitində həlak olması faktını təsdiq edirik”.

Bildirilir ki, faktla bağlı Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda araşdırma aparılır.

Oxşar Xəbərlər