Naxçıvanda altı vəzifəli şəxs işdən çıxarıldı – SƏBƏB

Naxçıvanda 6 məktəbin direktoru işdən çıxarılıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə deputat seçilən məktəb direktorları vəzifəsindən azad edilib.

Vəzifəsindən azad edilən şəxslər Naxçıvan Ali Məclisinə seçkilərdə deputat seçilən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin direktoru Əli Abbasov, Şərur rayon Çomaxtur kənd tam orta məktəbinin direktoru Pərvin Nəcəfsoy, Şərur rayon Arbatan kənd tam orta məktəbinin direktoru Aynur Babayeva, Şərur şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sevil Hacıyeva, Kəngərli rayon Xıncab kənd tam orta məktəbinin direktoru Xəzəngül Orucova, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbinin direktoru Gülxarə Tarverdiyevadır.

Məlumatı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən təsdiqləyiblər.

Qurumdan bildirilib ki, 20 sentyabr 2024-cü il tarixindən deputat seçilən məktəb direktorları ərizələri ilə vəzifələrindən azad olunublar.

Oxşar Xəbərlər