“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən birləşmə və hissələrin rabitə bölmələri ilə taktiki-xüsusi məşğələ keçirilib.
Bu barədə QİA.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.
Məşğələdə əsas diqqət bölmələrin idarə edilməsi üzrə komandir heyətinin bacarıqlarını təkmilləşdirməsi, şəxsi heyətin ixtisas və taktiki-xüsusi hazırlığının yüksəldilməsinə yönəldilib.