Naxçıvanda KİVDF ləğv edildi, Medianın İnkişafı Agentliyi yaradılır

Yan21,2021

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

QİA.AZ-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yanvarın 21-də bununla bağlı fərman imzalayıb.

Fərmanla “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” və “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının tərkibi” təsdiq edilib.

Oxşar Xəbərlər