Naxçıvanda qeyri-sabit hava şəraiti müşahidə olunur – FOTO

May25,2024

Günorta saatlarından başlayaraq muxtar respublika ərazisində yağıntılı hava şəraiti fasilələrlə davam edir, ayrı-ayrı yerlərdə intensiv xarakter alır.

QİA.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan və Şahbuz şəhərlərinə dolu düşüb, güclü yağış yağıb.

Dolunun diametri 1-2 mm, yağışın miqdarı isə Naxçıvan şəhərində 4 mm, Şahbuzda 3 mm olub.

Culfa rayonunda isə hazırda sürəti 18-22 m/san olan güclü külək əsir.

Oxşar Xəbərlər