Naxçıvanda xalça və iplik istehsalı müəssisəsi yaradılır

Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” MMC-nin yaradılması haqqında sərəncam imzalayıb.

QİA.AZ“ın məlumatına görə, sərəncamda deyilir ki, yerli Nazirlər Kabineti: Cəmiyyətin nizamnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etsin, sərəncamdan irəli gələn digər məsələləri həll etsin, yerli İqtisadiyyat Nazirliyi aidiyyəti dövlət orqanları ilə birlikdə şirkətin fəaliyyətinin təşkil edilməsi üçün zəruri tədbirlər görsün.

Oxşar Xəbərlər