Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin hərbi attaşesi Cavad Forutəni ilə görüşüb.
Daimi nümayəndəlikdən QİA.AZ-a bildiriblər ki, görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələr, qarşıda duran vəzifələr və bir sıra maraqlı mövzular ətrafında fikir mübadiləsi aparılıb.