Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun həbsindən sonra daha bir keçmiş nazir saxlanılıb.
“QİA.az” xəbər verir ki, Ə.Əhmədov barəsində uzun müddətdir mediada şikayət və cinayətdə ittihamlarla bağlı məlumatlar yayılırdı.
Bakıdakı evlərindən birində istirahət edən Əhməd Əhmədov təxminən 10 gün öncə paytaxtda saxlanılaraq Naxçıvana aparılıb.
Onunla birgə, oxşar əməllərlə Naxçıvanın keçmiş təhsil naziri Məmməd Qəribov da saxlanılıb. O da yeyintidə ittiham edilir. M.Qəribov 2016-cı ilin fevral ayında təhsil naziri təyin edilib, 2018-ci ilin iyul ayında vəzifədən çıxarılıb.
Əhməd Əhmədovun həbs edildiyini Baş Prokurorluq təsdiqləyib.
Qeyd edək ki, M.Qəribovun saxlanılması barədə məlumatı ilk olaraq unikal.org saytı yayıb.