Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov həbs edilib – RƏSMİ

əhməd əhmədov

Baş Prokurorluq Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun həbs edilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən “QİA.az”ın sorğusuna cavab olaraq bildirilib ki, Ə. Əhmədovun həbs edilməsi ilə bağlı yayılan məlumatlar doğrudur. 

Xatırladaq ki, mətbuatda Ə.Əhmədovun mənimsəmədə təqsirləndirilərək saxlanılması və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb. 

Qeyd edək ki, Ə. Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib. 

QİA.AZ

Oxşar Xəbərlər