Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev Qazaxıstan Xalqının Assambleyasının sədri vəzifəsindən ayrıldığını açıqlayıb.
“QİA.az” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.
O, Assambleyanın sədri səlahiyyətlərini hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevə verdiyini bildirib.
Nazarbayev həmçinin, dəstəyə görə Assambleya üzvlərinə təşəkkür edib.