Nazir: “Əlcəzair neft ölkəsi deyil”

Fev9,2021
Nazir: "Əlcəzair neft ölkəsi deyil"

“Bloomberg”in hesablamalarına görə, Əlcəzairin neft və qaz ixracatı 2020-ci ildə 30% azalıb.

“QİA.AZ” “Kommersant”a istinadən xəbər verir ki, mənfi tendensiya bu il də davam edib.

Belə ki, yanvar ayında xam neft satışları dekabr ayına nisbətən 36% azalaraq gündəlik 290 min barelə düşüb. Bu isə 2017-ci ildən bəri ən aşağı səviyyədir. Agentlik belə vəziyyətin yaranmasına səbəb kimi ölkənin neft-qaz sənayesinin idarəedilməsində edilən səhv hesablamaları və sektora yetərincə sərmayə qoyulmamasını göstərir.

İqtisadi planlaşdırma naziri Şərif Belmihubun sözlərinə görə, neft və qaz ixracatındakı belə kəskin azalma yaxın on il ərzində Əlcəzairin bu xammalın xaricə satışını tamamilə dayandıracağına gətirib çıxara bilər.

“Əlcəzair neft ölkəsi deyil”, – nazir yerli radionun efirində bildirib.

Problem onunla dərinləşir ki, BVF-nin hesablamalarına görə, Əlcəzairin kəsirsiz dövlət büdcəsini qoruması üçün neftin qiyməti 135 dollar/barel və daha yüksək olmalıdır. Hazırda isə bazarda neftin qiyməti bundan iki dəfə ucuzdur – bir barel üçün 60 ABŞ dollar civarındadır.

Oxşar Xəbərlər