Nazir: “Azərbaycan mədəniyyətinə aid abidələrinin qorunması Gürcüstan tərəfi ilə gündəmdə saxlanılacaq”

İyl6,2021

“Gürcüstana səfərim zamanı Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının aqibəti və gələcək fəaliyyəti müzakirə olunacaq”.“QİA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.Onun sözlərinə görə, bir sıra rəsmi görüşlərdə Azərbaycanın tarixi və mədəniyyət irsinin Gürcüstan hökuməti tərəfindən qorunması və qayğı göstərilməsi məsələsi qaldırılacaq.A.Kərimov qeyd edib ki, Cəlil Məmmədquluzadənin Tbilisidəki ev muzeyinin vəziyyəti ilə də tanış olacaq:”Azərbaycanın tarixi və mədəniyyətinə aid abidələrin qorunması məsələsi Gürcüstan tərəfi ilə gündəmdə saxlanılacaq”.Nazir qonşu ölkəyə səfəri çərçivəsində muzeylərarası, kino, mədəni irsin qorunması sahəsində əməkdaşlıq məsələlərin də nəzərdən keçiriləcəyini bildirib.

Oxşar Xəbərlər