Daxili Siyasət

Nazir: “İşğal nəticəsində Azərbaycana dəyən zərərin qiymətləndirilməsi işləri davam etdirilir”

“İşğaldan azad edilən ərazilərdə aidiyyəti üzrə komissiyalar öz işlərini qurublar. Soydaşlarımıza vurulan ziyanın qiymətləndirilməsi işləri aparılır”.

QİA.AZ” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, beynəlxalq məsləhətçilər də bu işə cəlb olunub: “Həmçinin Azərbaycana dəymiş ziyanın bərpa edilməsi ilə bağlı Ermənsitana qarşı hüquqi iddialar da formalaşdırılır. Hansı ki beynəlxalq məhkəmələrdə təqdim olunacaq. Azad edilən torpaqlarda bərpa-yenidənqurma işlərinin həyata keçirilməsinin maliyyə tutumunun müəyyənləşdirilməsi işi davam edir. Hər hansı konkret fikir söyləmək tez olardı. Ölkə başçısının sərəncamına uyğun olaraq müvafiq komissiya yaradılıb. Komissiya qiymətləndirməni icmallaşdıraraq son təklifləri təqdim edəcək”.

Əlaqəli xəbər

Back to top button