Nazir müavini: “İşğaldan azad edilən ərazilərdə ədliyyə orqanları və məhkəmələrin işi bərpa olunmalıdır”

Fev3,2021
Nazir müavini: “İşğaldan azad edilən ərazilərdə ədliyyə orqanları və məhkəmələrin işi bərpa olunmalıdır”

“Ölkəmizin Avropa İttifaqı ilə icrasına başladığı növbəti “Mübahisələrin alternativ həlli və ixtisaslaşmış məhkəmələrə əlavə dəstək layihəsi”nin təqdimatı 30 ilə yaxın işğal altında olan torpaqlarımızın Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və yenilməz sərkərdərliyi ilə müzəffər ordumuz tərəfindən yenicə azad olunduğu, ərazi bütövlüyümüzün bərpa olunduğu çox əlamətdar bir dövrə təsadüf edir”.

“QİA.AZ” xəbər verir ki, bunu “Azərbaycanda Mübahisələrin Alternativ Həlli və İxtisaslaşmış Məhkəmələrin İnkişafına Əlavə Dəstək” adlı layihənin təqdimatı zamanı Ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.

O bildirib ki, həmin ərazilərdə digər təsisatlar kimi ədliyyə orqanları və məhkəmələrin də işi bərpa olunmalıdır:

“Əbəttə ki, bu mühüm hadisəni biz layihənin icrası gedişində nəzərə almalı olacağıq”.

Oxşar Xəbərlər